Bakı, TurkicWorld
Ukrayna prezidenti Vladimir Zelenski, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşmək üçün dünən axşam Ankaraya gəlib.
TurkicWorld, AzerVoice- ə istinadən xəbər verir ki, Zelenski və nümayəndə heyətini daşıyan təyyarə yerli vaxtla saat 21:08-də Ankara Esenboğa Hava Limanına enib.
Onu Türkiyənin ticarət naziri Ömər Bolat və digər rəsmi şəxslər hava limanında qarşılayıb.
Sabah Prezident Kompleksində Zelenski və Ərdoğan arasında görüş planlaşdırılır. Görüşdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələri bütün aspektlərdə müzakirə olunacaq.
İki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar dəyərləndiriləcək. Səfər zamanı Ukraynadakı son hadisələr, regional və qlobal məsələlər müzakirə ediləcək.