Son dəqiqə

ABŞ meşə yanğınları

ABŞ-da yanğınla əlaqədar komendant saatı tətbiq edilib

Bakı, TurkicWorld

ABŞ-ın Los-Anceles şəhərində davam edən yanğınlarla mübarizə üçün şəhər hakimiyyəti bir sıra ciddi tədbirlər alır.

TurkicWorld xəbər verir ki, şəhərin Pasadena vilayətinin meri Viktor Qordo sakinləri xəbərdar edib ki, Palisades və Eaton bölgələrində təhlükəsizlik məqsədilə komendant saatı tətbiq edilib

Sakinlərə bu bölgələrdən tamamilə uzaq durmaq və evakuasiya əmrləri rəsmi olaraq ləğv edilməyənə qədər evlərinə qayıtmamaqları tapşırılıb. Bölgə boyunca 180,000 nəfər üçün aktiv təxliyə əmri, əlavə olaraq 200,000 nəfər üçün evakuasiya xəbərdarlığı qüvvədədir.

"İnsanların geri qayıtmağa başladığını görürük. Onlara mesajımız aydındır: Evakuasiya əmri qüvvədədir, geri qayıtmayın," – deyə Qordo ciddi xəbərdarlıq edib.

Hazırda yanğınların söndürülməsi və zərərin azaldılması üçün genişmiqyaslı tədbirlər davam edir.

Qeyd edək ki, Los-Anceles rəsmiləri yanvarın 7-də şəhərin dəbdəbəli məhəllələrindən birində baş verən yanğınların 6 ayrı sahədə davam etdiyini və hazırda yanğında 5 nəfərin həlak olduğunu açıqlayıb. Yanğınların səbəbləri hazırda araşdırılır, lakin rəsmi mənbələr havanın quraq və küləkli şəraitinin alovun sürətlə yayılmasına səbəb olduğunu qeyd edirlər.

Mövzuya görə xəbərlər