Suriya Hizbullah

Suriyada təchizat marşrutumuzu itirdik - Hizbullah

Bakı. TurkicWorld

Əsədin devrilməsi ilə Suriyada təchizat marşrutumuzu itirdik.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bunu İran tərəfindən dəstəklənən Livanın Hizbullah qruplaşmasının baş katibi Naim Qasim deyib.

O qeyd edib ki, Hizbullah qrup müxalifətin başlatdığı genişmiqyaslı hücum nəticəsində təxminən bir həftə əvvəl prezident Bəşər Əsədin devrilməsindən sonra Suriyadan keçən təchizat yolunu itirib.

Qasim ümid etdiyini bildirib ki, Suriyanın yeni hakimiyyəti şiə təşkilatının müttəfiqi olan Əsədin devrilməsindən sonra İsraillə münasibətləri normallaşdırmayacaq.

O, Əsədin devrilməsindən sonra ilk çıxışında deyib: “Ümid edirik ki, bu yeni hakimiyyət İsraili düşmən hesab edəcək və onunla münasibətləri normallaşdırmayacaq”.

İranyönlü qrup olan Hizbullah Suriyada qanlı vətəndaş müharibəsi zamanı devrilmiş prezidentin rejimini dəstəkləmişdi.

Mövzuya görə xəbərlər