Son dəqiqə

Suriya Vaşinqton

Vaşinqton Suriyada qalan kimyəvi silahları məhv etməyə çalışır

Bakı, TurkicWorld

Vaşinqton Suriyada qalan kimyəvi silahları məhv etməyə və bu silahların yanlış əllərə keçməsinin qarşısını almağa çalışır.

TurkicWorld xəbər verir ki, yerli xəbər saytına danışan ABŞ rəsmisi, ABŞ prezidenti Co Bayden administrasiyasının Suriyanın kimyəvi silahları ilə bağlı məsələyə böyük önəm verdiyini və ABŞ kəşfiyyatının hələ də vəziyyətin nəzarət altında olduğunu düşündüyünü vurğulayıb.

"Biz bununla bağlı çox ehtiyatlı tədbirlər görürük və bu materialların heç kimin əlinə keçməməsi üçün hər cür addım atırıq. Xlor və daha təhlükəli maddələrin məhv edildiyinə və ya qorunduğuna əmin olmaq istəyirik," - deyə o bildirib.

ABŞ və müttəfiqləri, Suriya ordusunun və digər təhlükəsizlik qüvvələrinin süqutunun, silahlı qrupların Əsəd rejiminə aid təhlükəli silahları ələ keçirməsinə şərait yaradacağı ilə bağlı narahatdırlar. ABŞ prezidenti Co Bayden, bazar günü verdiyi açıqlamada, "Suriyadan gələ biləcək hər cür təhdidlərə qarşı Suriyanın qonşuları olan Livan, İraq, İordaniya və İsraili dəstəkləyəcəyik," - deyə bildirib.

Dövlət katibi Antoni Blinken isə, "Suriya xalqına qarşı törədilən vəhşiliklərə və pozuntulara görə, Əsəd rejimi və tərəfdarlarının cavabdehlik daşıması üçün beynəlxalq səyləri dəstəkləyəcəyik,"- deyə bildirib.

Digər tərəfdən, İsrail rəsmiləri son 48 saat ərzində Hərbi Hava Qüvvələrinin Suriyanın kimyəvi silah və ballistik raket proqramlarına aid bir sıra hərbi baza və obyektlərə hava hücumları təşkil etdiyini açıqlayıb. İsrail rəsmisi, "Strateji silah sistemlərimizin yanlış əllərə keçməməsini təmin etmək öhdəliyimiz var," - deyə əlavə edib.

Qeyd edək ki, Suriya müxalifətinin liderlərindən olan Heyetu Təhrir əl-Şam (HTŞ) isə şənbə günü açıqlama verərək, Dəməşqə nəzarəti ələ keçirmədən əvvəl, "heç bir halda" Suriya hakimiyyətinin nəzarətində kimyəvi silahdan istifadə etməyi planlaşdırmadığını bildirib.

Mövzuya görə xəbərlər