BRİCS Məsud Pezeşkian

BRICS iqtisadi bağları gücləndirməklə çoxtərəfli mənafeyə töhfə verə bilər- Məsud Pezeşkian

Kazan, TurkicWorld

BRICS ölkələri dəyərli potensialı və çiçəklənən iqtisadiyyatdan faydalanmaqla müştərək əməkdaşlıq və iqtisadi bağları gücləndirməklə çoxtərəfli mənafeyə töhfə verə bilər.

TurkicWorld-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian 24 oktyabrda Rusiyanın Kazan şəhərində keçirilən BRICS+ formatında keçirilən ilk plenar iclasda deyib.

Onun sözlərinə görə, birtərəfli qaydada tətbiq olunan sanksiyalar beynəlxalq münasibətlərə, beynəlxalq normalara ciddi şəkildə zərbə vurub.

Pezeşkian deyib ki, sanksiyalar ölkələrin öz maliyyə ehtiyatlarına çıxış əldə etmələrinə mane olur. Həmçinin iqlim dəyişiklikləri, Yer kürəsinin istilənməsi ilə mübarizə üçün beynəlxalq səylərə və humanitar yardımlara mənfi təsir göstərir.

Qeyd edək ki, BRİKS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.

Mövzuya görə xəbərlər