Son dəqiqə

ABŞ Ukrayna

ABŞ Ukraynaya 2.4 milyard dollar dəyərində silah ötürəcək

Bakı. TurkicWorld:

Amerika Birləşmiş Ştatları Ukraynaya 2.4 milyard dollar dəyərində silah ötürəcək.

TurkicWorld xəbər verir ki, bu, yeni hərbi yardım paketinə daxil edilib.

Pentaqondan bildirilib ki, paket Ukraynanı əlavə hava hücumundan müdafiə vasitələri, pilotsuz uçuş aparatları və hava-yer döyüş sursatları ilə təmin edəcək, həmçinin Ukraynanın müdafiə sənayesi bazasını gücləndirəcək, onun texniki xidmət və təminat ehtiyaclarını dəstəkləyəcək.

Mövzuya görə xəbərlər