Son dəqiqə

İsrail Livan Hizbullah

İsrail Hizbullahın “Dar Dairəsinə” sızıb

Bakı, TurkicWorld

Ötən həftə Hizbullah üçün olduqca çətin keçdi.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Livanda Hizbullah üzvlərinin əllərində partlayan peycerlər və dah sonra baş verən hadisələr, İsrail və Hizbullah arasında böyük texnoloji uçurumu ortaya qoydu.

Bu həm də Hizbullahın düşmən qarşısında acizliyinin dərəcəsini göstərdi.

Hizbullahın baş katibi Həsən Nəsrullah hadisədən sonra yayımlanan səsyazma çıxışında israillilər üçün “sərt hesablaşmanın” yaxınlaşdığını dedi.

Hizbullah lideri çıxışında təşkilatın güvənliyi üçün “dar çərçivə” yaratdığını bildirdi. Lakin sürpriz odur ki, ertəsi gün İsrail Nəsrullahın hərbi köməkçiləri və bu günlərdə adı hal-hazırda adı çəkilən Ridvan Birliyinin rəhbəri və qurucusu İbrahim Aqilin iştirak etdiyi rəhbərlik toplantısını hədəfə alaraq bu “dar çərçivəni” partlada bildi.

Şübhə yoxdur ki, peycer partlamalarından sonra “İsrailin necə diva tutacağını” müzakirə etmək üçün baş köməkçilərini və baş katibin müavinini görüşə çağıranda bütün ehtiyat tədbirlərini görmüşdü.
Lakin İsrail kəşfiyyatı onlara dəqiq zərbə ilə zərərsizləşdirə bildi.

Daha maraqlısı o idi ki, əməliiyatln ardındna israil öldürülən Hizbullahşıların tam olaraq kimliklərini aşıqladılar və hətta Livanda cəmiyyətində adı o qədər də hallanmayan lakin izbullahda önəmli fiqur olan bəzi şəxslərin adı da çəkildi.

Sonra Nəsrullah “Hudhud” ( Quranda açı çəkilən quş) adlı pilotsuz uçan aparatları tərəfindən çəkilmiş İsrail hərbi obyektlərinin videolarını və Hizbullah tunellərinin videolarını dərc etməklə Təl-Əvivə təzyiq göstərmək və onu hərtərəfli hərbi əməliyyatdan çəkindirmək istədi. Digər tərfədən isə bölgəni qana bulayan Binyamin Netanyahu da son hücumlarla Hizbullah daxilindəkilərə təzyiq etmək, sızmanın miqyasını göstərmək və psixoloji müharibədə Hizbullaha təzyiq göstərmək istəyirdi.

Böyük müharibə İran və İsrail arasındadır və Tehranın genişlənməsi və nüvə proqramı ilə bağlıdır.

Netanyahu bir neçə gün əvvəl HƏMAS-ın 7 oktyabr hücumundan sonra açıqladığı “məqsədlər” siyahısına HƏMAS-ın ləğvi, girovların qaytarılması və çəkindirici təhlükəsizliyin bərpası kimi yeni bir hədəf əlavə etmişdi və bu şimali İsrailin məcburi köçkünlərinin öz evlərinə qayıtmasını təmin etmək idi.

İranın Yaxən Şərqdəki “Göz bəbəyi” olan Hizbullahın bu regionda və dünyada bir çox şərtlər və Nəsrullah və Hizbullahın imicini dəyişdirib.

Mövzuya görə xəbərlər