Bakı, TurkicWorld
Azərbaycanın 44 günlük Vətən Müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa etməsindən sonra, açıq şəkildə ermənipərəst mövqe sərgiləyərək, Ermənistanı Azərbaycana qarşı silahlandırıan Makron Fransası nədənsə Liavnda sülh tərəfdarıdır.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Fransanın yeni xarici işlər naziri Jan-Noel Barrot bazar ertəsi bildirib ki, ölkəsi Hizbullah və İsrail arasında toqquşmaların intensivləşdiyi Livandakı vəziyyəti müzakirə etmək üçün bu həftə BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.
“Fransa tərəfləri və onları dəstəkləyənləri gərginliyi dayandırmağa və mülki əhalidən başlayaraq hamı üçün dağıdıcı olacaq regional yanğının baş verməsinin qarşısını almağa çağırır. Bu səbəbdən mən bu həftə Təhlükəsizlik Şurasının Livanla bağlı təcili iclasının keçirilməsini xahiş etdim”-deyə o bildirib.
Onun sözlərinə görə, hazrda o Livan xalqının gələcəyini və İsrailin aqressiyası nəticəsind ölən və yaralanan uşçaqları düşünür.
Yeni vəzifəsini icra edən Barrou vurğulayıb ki, , “digər yerlərdə olduğu kimi Livanda da Fransa beynəlxalq sistemi parçalayan böyük böhranları həll etmək üçün tam hazır olacaq. Fransa təşəbbüs göstərəcək”.
Təbbi ki Livanda İsrail aqressiyasının dayanması hər kəsin marağınadır. Amma Fransa kimi yalançı və ikiüzlü siyasət yürüdən ölkənin sülhdən danışması hardasa şübhə doğurur.
Bəs nə üçün Fransa Livanda sülh , Qafqazda müharibə istəyir? Digər bir tərəfdən maraqlı olan başqa bir sual da ortaya çıxır – Məyər Fransanın sülh yaratmaq təcrübəsi var?