Bakı, TurkicWorld
Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Ər-Riyadda İsveç baş nazirinin ofisində dövlət naziri Yohan Stüartla görüşüb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, onlar ölkələri arasında münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi yollarını, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Müzakirələrdə iştirak edən digər Səudiyyə rəsmiləri arasında Krallığın silahlı qüvvələrinin baş qərargah rəisi general-leytenant Fəyyad Əl-Ruvayli və müdafiə nazirinin ofisinin baş direktoru Hişam bin Əbdüləziz bin Saif də olub.
İsveçli naziri səfərdə İsveçin Ər-Riyaddakı səfirliyinin müvəqqəti işlər vəkili Byorn Kalvakov və İsveç Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika departamentinin rəis müavini Sofi Bekerin də daxil olduğu nümayəndə heyəti müşayiət edib.