Bakı, TurkicWorld
Böyük Britaniyanın Baş naziri Kir Starmer, Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd bin Salman ilə Ər-Riyadda görüş keçirib.
TurkicWorld xəbər verir ki, Böyük Britaniya Baş nazirliyinin ofisindən verilən açıqlamada, liderlərin ikitərəfli iqtisadi məsələləri, xüsusilə Böyük Britaniyanın iqtisadi artım təşəbbüslərinə dəstək verən Səudiyyə sərmayələrinin yaşıl enerji sektorundakı layihələr üzərindən müzakirə apardıqları bildirilib.
Eyni zamanda, görüşdə İsrail ilə Qəzza zolağında baş verən son vəziyyətin də diqqət mərkəzində olduğu vurğulanıb.
Baş nazirin sözçüsü əlavə edib ki, Kir Starmer, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanı Böyük Britaniyaya dəvət edib.