Son dəqiqə

Ceyhun Bayramov

Sülh müqaviləsi ilə bağlı preambula və 15 maddə üzrə müsbət nəticələr əldə olunub - Ceyhun Bayramov

Bakı, TurkicWorld

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı olaraq onu qeyd edə bilərəm ki, layihə preambuladan və 17 maddədən ibarətdir. Preambula və 15 maddə üzrə, demək olar ki, müsbət nəticələr əldə olunub.

TurkicWorld xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, iki maddə üzrə isə açıq suallar var:

"Həmin o açıq suallar üzrə son müddət ərzində işlər davam edir. Artıq bir neçə raund danışıqlar və mətn mübadilələri həyata keçirilir. Hələlik tam bir razılaşdırılmış varianta gəlmək mümkün olmayıb. Həmin o iki maddə ilə bağlı işlər davam edir".

Mövzuya görə xəbərlər