Son dəqiqə

Ceyhun Bayramov

Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional yenidənqurmanı müzakirə edib

Bakı. TurkicWorld:

Xarici işlər naziri Ceyhun Bayramov isveçrəli həmkarı Aleksander Fazel ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.

Tərəflər iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb.

Ceyhun Bayramov həmkarına COP29-un yekunları, eləcə də Azərbaycan Sədrliyinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində gələcək səyləri barədə məlumat verib.

Görüş zamanı münaqişədən sonra regional yenidənqurma və sülh gündəliyi də müzakirə edilib.

Qeyd edək ki, tərəflər Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində bir araya gəliblər.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər