Son dəqiqə

Böyük Britaniya

Böyük Britaniya Avropa İttifaqı ilə əlaqələrini yaxşılaşdırmağa çalışır

Bakı, TurkicWorld

Böyük Britaniya, Avropa İttifaqı ilə ikitərəfli münasibətlərini gücləndirmək və iqtisadi artımı təkan vermək məqsədilə yeni addımlar atmağı planlaşdırır.

TurkicWorld xəbər verir ki, İngiltərənin Maliyyə Naziri Reyçel Rivz, Avro Bölgəsi Maliyyə Nazirləri toplantısına qatılmaq üçün Brüsselə səfər edib.

Nazir Rivz görüşdə hökumətinin iqtisadi artımı artırmaq üçün atacağı addımları izah edəcək və Aİ ilə əlaqələrin möhkəmləndirilməsi üçün çağırış edəcək.

Açıqlamada bildirilir ki, Rivz görüşdə Aİ ilə əlaqələrin yenidən formalaşdırılması istiqamətində Böyük Britaniyanın qərarlı olduğunu vurğulayacaq.

İngiltərənin maliyyə naziri, Aİ ilə əlaqələrin yaxşılaşdırılmasının hər iki tərəfin iqtisadiyyatına müsbət təsir göstərəcəyini qeyd edəcək.

Qeyd edək ki, Böyük Britaniya ilə Aİ arasında illik ticarət dövriyyəsi 660 milyard funt sterlinq (750 milyard avro) səviyyəsindədir.

Mövzuya görə xəbərlər