Bakı,TurkicWorld
İsrail Suriyanın Türkiyə sərhədində yerləşən Latakiya şəhərinə hava hücumu həyata keçirib.
TurkicWorld xəbər verir ki, Fələstində və Livanda hücumlarını davam etdirən İsrail hədəfini şimala doğru genişləndirir.
İsrailin Suriyanın Tartus bölgəsinə hücumu bölgədə gərginliyi yenidən artırıb.
İsrail təyyarələrinin Latakiya şəhərinin Tartus sahillərində bir çox hərbi məntəqəni hədəf alıb.
Türkiyə sərhədindəki Tartus sahilində İsrailin hücumlarına qarşı müdafiə sistemləri işə salınıb.
Rusiya hərbi birləşmələrinin yerləşdirildiyi və hava hücumundan müdafiə sistemləri ilə qorunduğu bilinən Tartusa istiqamətlənmiş İsrail raketlərinin əksəriyyətinin havada məhv edildiyi bildirilib.