Son dəqiqə

İsrail Livan Hizbullah

İsrail Livanı bombalayır

Bakı, TurkicWorld

Bu gün (çərşənbə axşamı) İsrail döyüş təyyarələri Hizbullahın qalası sayılan Beyrutun cənub ətrafına reyd keçirib. Livanın Səhiyyə Nazirliyi İsrailin basqını nəticəsində 6 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, ,Livanın iki təhlükəsizlik mənbəsi Hizbullah lideri İbrahim Qubaisinin öldürüldüyünü açıqlayıb.

İsrail mediası bu gün Beyrutun bombalanmasında hədəfin Livan Hizbullah raket sisteminin komandiri olduğunu bildirib. Öz növbəsində, İsrailin Kanal 14-ü bombardmanın hədəfinin “Hizbullahda mühüm rolu olan yüksək səviyyəli terrorçu” olduğunu bildirib.

İsrail ordusunun ərəb mediasının sözçüsü Avichai Adraee, “X” platformasındakı hesabında verdiyi açıqlamada “Ordu Beyrutda xüsusi bir əməliyyata başladı” deyə bildirib.

Mövzuya görə xəbərlər