Son dəqiqə

Rusiya helikopter qəzası

Rusiyada helikopter qəzası baş verib

Baku, TurkicWorld

Rusiya Federasiyasının Priamurye bölgəsinin Zeyski rayonunda Robinson R66 markalı helikopter qəzaya uğrayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi məlumat yayıb.

Məlumata görə, helikopter havaya qalxdıqdan bir müddət sonra yoxa çıxıb. İlkin ehtimala görə o, Zolotaya Qora kəndi yaxınlığında qəzaya uğrayıb. Helikopterdə 3 sərnişin olub.

Rusiya Fövqəladə Hallar Nazirliyi axtarış əməliyyatlarının davam etdiyini bildirib.

Mövzuya görə xəbərlər