Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

İordan çayının qərb sahilində onlarla ev və obyekt dağıdılıb

Bakı, TurkicWorld

İsrailin avqust ayı ərzində İordan çayının qərb sahilinə etdiyi hücumlarda 78 ev və obyekt dağıdılıb.

TurkicWorld xəbər verir ki, Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Ayrılıq Divarı və Yəhudi Məskənləri ilə Mübarizə Şurası İsrailin İordan çayının qərb sahilindəki hücumlarına dair avqust hesabatını dərc edib.

Hesabatda İsrail əsgərləri tərəfindən 78 ev və obyektin dağıdıldığı, 74 binanın sökülməsi üçün isə bildiriş göndərildiyi bildirilib

Həmçinin hesabatda Fələstin torpaqlarında məskunlaşan israillilərin polisin himayəsi altında həyata keçirdikləri hücumlar haqqında da məlumat verilib.

Sözügedən hücumlarda fələstinlilərə məxsus 206 mülkə ziyan vurulduğu, minlərlə ağacın kökündən çıxarıldığı, israillilərin fələstinlilərə məxsus qiymətli əşyaları oğurladığı bildirilib.

Xatırladaq ki, İordan çayının qərb sahilində 451 min, Şərqi Qüdsdə isə 230 min israilli Fələstin torpaqlarında məskunlaşdırılıb. Beynəlxalq hüquqa görə, İordan çayının qərb sahili və Şərqi Qüdsdəki bu qəsblər qanunsuz sayılır.

Onu da qeyd edək ki, İsrail Şərqi Qüds və İordan çayının qərb sahilində yerləşən fələstinlilərə məxsus ev və tikililəri tez-tez sökür. Səbəb kimi evlərin lisenziyasız olması göstərilir.

Mövzuya görə xəbərlər