Son dəqiqə

Fələstin İsrail ABŞ Qəzza zolağı HƏMAS

Baydenin elan etdiyi plana uyğun olaraq atəşkəsə hazırıq - HƏMAS

Bakı, TurkicWorld

Baydenin elan etdiyi plana uyğun olaraq atəşkəsə hazırıq.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bu barədə HƏMAS Hərəkatı yazılı açıqlama verib.

Bildirilib ki, Xəlil əl-Hayyenin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti Qətərin paytaxtı Dohada Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani və Misirin kəşfiyyat direktoru Abbas Kamil ilə görüşüb.

“Biz razılaşdırılmış atəşkəsin, o cümlədən Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi və 2 iyul tarixli razılaşmaların dərhal həyata keçirilməsinə hazırıq.” – deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden mayın 31-də İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini açıqlayıb.

Netanyahu isə ABŞ prezidenti Co Baydenin açıqladığı atəşkəs layihəsinin İsrailin hazırladığı təklifdən fərqli olduğunu iddia edərək, yeni şərtlərin əlavə edilməsini istəyib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər