Bakı, TurkicWorld
Yunanıstanda məktəblərdə tətbiq olunacaq yeni qaydalara əsasən şagirdlərə mobil telefondan istifadə qadağan edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Yunanıstanın Təhsil Naziri Kiriakos Pierrakakis açıqlama verib.
Yeni qaydalara əsasən, şagirdlər cib telefonlarını məktəbə gətirə bilərlər, lakin dərs zamanı telefonlarını həmişə çantalarında saxlamalıdırlar.
Bu qadağa Baş nazir Kiriakos Mitsotakis və Təhsil Naziri Kiriakos Pierrakakis arasında keçirilən görüşdən sonra təsdiqlənib.
Şənbə günü Afinada "Məktəb çantasında mobil telefon" kampaniyasını elan edən Baş nazir Mitsotakis isə , "Tələbələr telefonlarını məktəbə gətirə bilərlər, lakin bütün gün çantada saxlamalıdırlar " deyə bildirib.
Qeyd edək ki, bu qaydalar və yeni cəza sistemi mart ayında Yunanıstanın Təhsil Naziri Kiriakos Pierrakakis tərəfindən kiber zorakılığın qarşısını almaq məqsədilə elan edilən qaydaların davamıdır.