Son dəqiqə

Mark Zukerberq Donald Tramp

Tramp Mark Zukerberqi hədələyib

Bakı,TurkicWorld

"Meta" şirkəti ABŞ-də prezident seçkisində Donald Trampa qarşı sui-qəsd hazırlayarsa, Mark Zukerberq ömrünün qalan hissəsini həbsdə keçirə bilər.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti bildirib.

"Əgər o bu dəfə qeyri-qanuni bir iş görsə, ömrünün qalan hissəsini həbsxanada keçirəcək - 2024-cü il prezident seçkisində saxtakarlıq etmiş digərləri kimi", - Tramp gələn həftə buraxılması planlaşdırılan kitabında yazıb.

ABŞ prezidentliyinə namizəd Zukerberqin 2020-ci il seçkisi zamanı ona qarşı sui-qəsd hazırladığına inanır.

Mövzuya görə xəbərlər