Son dəqiqə

Fələstin İsrail Mahmud Abbas Qəzza

İsrail Abbasın Qəzzaya səfər etmək istəyini rədd edib

Bakı, TurkicWorld

İsrail Fələstin prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etmək istəyini rədd edib.

TurkicWorld xəbər verir ki, Fələstin prezidentinin xüsusi nümayəndəsi Riyad əl-Maliki İsrailin rədd cavabına münasibət bildirib.

Maliki, “Fələstin prezidentinin Fələstin bölgəsinə səfər etməsi üçün işğalçı İsraildən icazə istəmirik” deyib.

“Bu qərar Qəzzanın İsrail işğalı altında olduğunun sübutudur” deyən Maliki, “Abbas Qəzzaya girməsinə icazə verilməyəcəyini əvvəlcədən bilirdi”-deyə etdiyi açıqlamada bildirib.

Həmçinin o Abbasın Qəzzaya girə bilmək üçün BMT Təhlükəsizlik Şurasından dəstək və təhlükəsizlik zəmanəti tələb etdiyini deyib.

Qeyd edək ki, Mahmud Abbas Türkiyə Parlamentində sonda etdiyi çıxışda Qəzzaya gedəcəyini bildirmişdi.

Mövzuya görə xəbərlər