BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Qəzza zolağına son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində azı bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il əldə olunan “atəşkəs”dən bəri İsrailin hücumları nəticəsində 1 260 nəfər öldürülüb, 4 154 nəfər yaralanıb.
Nazirliyin açıqlamasında bildirilib ki, 2023-cü ilin oktyabrında İsrailin Qəzzaya qarşı müharibəsinin başlamasından bu yana azı 73 389 fələstinli öldürülüb.
Həmin dövrdə yaralananların sayının isə 174 266 nəfərə çatdığı qeyd olunub.
Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində qeydə alınan itkilərin də İsrailin davam edən hücumları nəticəsində baş verdiyini bildirib.







