Bakı, TurkicWorld
Mali Ukrayna ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, Mali hökuməti bununla bağlı kommunike yayıb.
Qeyd olunub ki, bu qərar Kiyevin Afrika dövlətindəki üsyançıların fəaliyyətini dəstəkləməsi ilə əlaqəlidir.
Mali hökuməti həmçinin, Ukraynanın Seneqaldakı səfiri Yuri Pivovarovun öz açıqlamaları ilə "ölkəsinin xüsusən Malidə beynəlxalq terrorizmə birmənalı dəstəyini nümayiş etdirdiyini" bildirib.