Son dəqiqə

İran Mossad İsmayıl Haniyə

İranda Təhlükəsizlik Xidmətinin onlarla əməkdaşı saxlanılıb

Bakı, TurkicWorld

İranda Təhlükəsizlik Xidmətinin onlarla əməkdaşı HAMAS lideri İsmayıl Haniyənin qətli ilə bağlı dindirilmək üçün saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, həbslərin təfərrüatları hələlik məlum deyil.

Qeyd edək ki, "Telegraph" nəşri yazıb ki, "MOSSAD" İsmayıl Haniyənin qətlini həyata keçirmək üçün İran daxilindəki agentlərindən istifadə edib. Bir qədər əvvəl adı çəkilən ölkənin rəsmiləri qanlı hadisənin məsuliyyətinin ABŞ və İsrailin üzərində olduğunu bildirib.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra baş verib.

Mövzuya görə xəbərlər