Bakı, TurkicWorld
ABŞ Prezidenti Cozef Bayden Moskva ilə Vaşinqton arasında məhbus mübadiləsini həyata keçirmək üçün digər ölkələrdən öz maraqlarına zidd hərəkət etməyi xahiş edib.
TurkicWorld xəbər verir ki, Bayden bunu Rusiya və ABŞ arasında əsir mübadiləsi nəticəsində azad edilən amerikalılarla Vaşinqton yaxınlığındakı Endryus ordu bazasında görüşdən sonra jurnalistlərə bildirib.
"Burada ən çətin addımı digər ölkələr atdı. Mən onlardan öz maraqlarına zidd olanı xahiş etdim. Onlar üçün bunu etmək həqiqətən də çətin idi, xüsusilə Almaniya və Sloveniya üçün. Sloveniya son anda işə qarışdı", - deyə ABŞ Prezidenti vurğulayıb.