Bakı, TurkicWorld
Ukrayna Qərb tərəfindən müdafiə yardımı çərçivəsində artıq F-16 qırıcılarının ilk partiyasını alıb. Onların sayı haqqında məlumat yoxdur.
TurkicWorld xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Gabrielius Landsbergis X (keçmiş tviter) hesabında bildirib.
"F-16 Ukraynadadır. Daha bir qeyri-mümkün olan şeyin tamamilə mümkün olduğu ortaya çıxdı", - deyə Landsbergis qeyd edib.
Eyni zamanda, adının açıqlanmasını istəməyən ABŞ rəsmisi "Reuters" agentliyinə qırıcıların çatdırılmasının başa çatdığını bildirib.
Qərb xəbər agentliyi həmçinin əlavə edir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri "Reuters"in şərhlə bağlı sorğusuna dərhal cavab verməyib.