Son dəqiqə

Azərbaycan Litva

Azərbaycan və Litva qarşılıqlı əməkdaşlığı müzakirə edib

BAKI,TurkicWorld

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın xarici işlər naziri Kestutis Budrislə görüşüb.

Bu barədə Litva Respublikasının xarici işlər naziri Kestutis Budrys "X" sosial medai hesabında paylaşım edib.

Qeyd edilib ki, Vilnüsdə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla məhsuldar müzakirələr aparılıb.

"Litva və Azərbaycan enerji, ticarət, xalqlararası əlaqələr, eləcə də Cənubi Qafqaz regionunda sülh və rifahın təmin edilməsi daxil olmaqla, qarşılıqlı maraq doğuran istiqamətlərdə ardıcıl irəliləyiş əldə edirlər", - deyə paylaşımda bildirilib.

Mövzuya görə xəbərlər