Son dəqiqə

Litva

XİN rəhbəri “Sabah”ın baş məşqçisinə mükafat verdi

Bakı, TurkicWorld

Litvanın xarici işlər naziri Bakıda Kestutis Budris "Sabah" futbol klubunun baş məşqçisi Valdas Dambrauskasa "Litva Diplomatiyasının Ulduzu" mükafatını təqdim edib.

Nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, diplomatiya yalnız qapalı görüşlər və müqavilələrlə məhdudlaşmır, bəzən futbol vasitəsilə də həyata keçirilir.

"Sabah" FK-nın baş məşqçisi Valdas Dambrauskasa "Litva Diplomatiyasının Ulduzu" mükafatını təqdim etməkdən qürur duyuram. O, komandanı Çempionlar Liqasına çıxaran ilk litvalı baş məşqçidir.

Fədakarlığına, zəhmətinə və Litvanı dünya futbol ictimaiyyətində tanıtmasına görə təşəkkür edirəm! - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Sabah" və "Barselona" (İspaniya) komandaları arasında V tur oyunu keçirilib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma saat 21:45-də start götürüb. Qarşılaşma Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Mövzuya görə xəbərlər