Son dəqiqə

Litva

Litva xarici işlər naziri Azərbaycana gəlir - Biznes forumu keçiriləcək

Bakı,TurkicWorld

Noyabrın 25-26-da Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Litva Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, nazir səfər çərçivəsində bir sıra rəsmi şəxslər və akademik ictimaiyyətin nümayəndələri ilə görüşəcək, həmçinin Litva-Azərbaycan biznes forumunda iştirak edəcək.

Məlumata görə, ikitərəfli görüşlərdə nazir Litva ilə Azərbaycan arasında münasibətlərin və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını, Litvanın Avropa İttifaqı Şurasının gələcək sədri qismində Avropa İttifaqının Azərbaycanla dialoqunu gücləndirmək səylərini, regional təhlükəsizlik və Ukrayna məsələlərini, eləcə də geosiyasi vəziyyəti müzakirə edəcək.

Səfər zamanı Litva diplomatiyasının rəhbəri Bakıda Şəhidlər xiyabanında 1990-cı il 20 Yanvar qurbanlarının xatirəsini yad edəcək.

Mövzuya görə xəbərlər