Son dəqiqə

Tehran HƏMAS İsmayıl Haniyə

Tehran HƏMAS lideri ilə vidalaşır

Bakı, TurkicWorld

İranda qətlə yetirilən HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ilk cənazə mərasimi Tehranda keçirilir.

TurkicWorld xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Tehran Universitetində keçirilən mərasimdə Haniyənin cənazə namazı İranın dini lideri Ali Xamneyi tərəfindən qılınır.

Ardınca mərasim Azadi Meydanında davam edəcək. Sonra Haniyənin nəşi təyyarə ilə Qətərin paytaxtı Dohaya aparılacaq.

Sabah Qatar Milli Məscidində vida mərasimi keçiriləcək. Cümə namazından sonra İsmayıl Haniyə dəfn ediləcək.

Mərasimə çox sayda qonaqların qatılması gözlənilir.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.

Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.

Mövzuya görə xəbərlər