Son dəqiqə

ABŞ Co Bayden

Bayden seçki yarışından niyə geri çəkildiyini açıqlayıb

Bakı, TurkicWorld

ABŞ prezidenti Co Bayden prezidentlik yarışından geri çəkilməsinin səbəbini açıqlayıb.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

O, demokratiyanın şəxsi ambisiyalardan üstün olduğunu bildirib.

"Hesab edirəm ki, prezident postunda nailiyyətlərim, liderliyim Amerikanın gələcəyinə dair görüşlərim - bütün bunlar ikinci prezidentlik müddətinə layiqdir. Lakin heç nə demokratiyamızın xilas edilməsi yolunda dayana bilməz. Bu, şəxsi ambisiyalara da aiddir", - o deyib.

ABŞ prezidenti bildirib ki, irəliləməyin ən yaxşı yolu estafeti yeni nəslə verməkdir.

Mövzuya görə xəbərlər