Son dəqiqə

ABŞ Co Bayden Kamala Harris

Kamala Harrisin kampaniyasına 46 milyon dollardan çox ianə olunub

Bakı, TurkicWorld

Amerikalılar vitse-prezident Kamala Harrisin seçkiqabağı kampaniyasına 46,7 milyon dollar ianə ediblər.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, bu məbləğin 27,5 milyon dolları cəmi 5 saat ərzində ianə olunub. Bunun 2024-cü ildə sutka ərzində ən böyük ianə məbləği olduğu deyilir.

Xatırladaq ki, iyulun 21-də ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Mövzuya görə xəbərlər