Son dəqiqə

ABŞ Co Bayden

Co Bayden bu şərtlə prezidentliyə namizədlikdən geri çəkilə bilər

Bakı, TurkicWorld

ABŞ prezidenti Cozef Bayden növbəti müddət üçün prezidentliyə namizədliyini geri götürmək üçün şərtini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Bayden bu barədə "BET" telekanalına müsahibəsində deyib.

O bildirib ki, həkimlər sağlamlığında problem aşkarlayarsa bunu edəcək.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. ABŞ Demokratlar Partiyasının Milli Komitəsi prezident Co Baydenin rəsmi olaraq dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyi nəzərdən keçirir.

Prezident seçkilərində Baydenin əsas rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Trampın namizədliyi iyulun 15-də Respublikaçılar Partiyasının milli qurultayında rəsmi elan olunub.

Mövzuya görə xəbərlər