Son dəqiqə

ABŞ Donald Tramp

Trampın namizədliyi bu gün rəsmi elan olunacaq

Bakı, TurkicWorld

ABŞ-də Respublikaçılar Partiyasının milli qurultayı iyulun 15-də açılacaq və burada ölkənin keçmiş prezidenti Donald Trampın prezident seçkilərində namizədliyi rəsmi elan olunacaq.

TurkicWorldbu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qurultay iyulun 18-dək davam edəcək. Trampın namizədliyi elan olunduqdan sonra proqram nitqi ilə çıxış edəcəyi, həmçinin vitse-prezident postuna namizədi elan edəcəyi gözlənilir.

Qeyd edək ki, vitse-prezidentliyə namizədin kimliyi hələlik açıqlanmayıb.

Xatırladaq ki, iyulun 14-də ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi olub. Atışma nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb. Sui-qəsdə cəhd edən 20 yaşlı Tomas Metyu Kruks zərərsizləşdirilib.

Mövzuya görə xəbərlər