Bakı, TurkicWorld
Ursula von der Leyenin ikinci dəfə Avropa Komissiyasının prezidenti vəzifəsinə seçilməsinə ilə bağlı səsvermənin vaxtı məlum olub.
TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, səsvermə 18 iyul Strasburq vaxtı ilə saat 13:00-da baş tutacaq. Avropa Parlamentinin üzvləri onun ikinci dəfə komissiyanın prezidenti olub-olmamasına qərar verəcəklər. Leyenin yenidən komissiyanın prezidenti seçilməsi üçün 720 deputatdan 361-nin dəstəyinə ehtiyacı var.
Parlamentin gündəliyinə əsasən, Ursula von der Leyen saat 09:00-da bəyanatla çıxış edəcək. Daha sonra isə saat 11:00-dək debat keçiriləcək. Səsvermənin nəticəsi 14:45-də elan olunacaq.