Son dəqiqə

Avropa İttifaqı Avropa Komissiyası Paramount Warner Bros. Discovery Universal Pictures Media sənayesi Film distribüsiyası

Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Avropa İttifaqının rəqabət tənzimləyiciləri Paramount Skydance Corp şirkətinin Warner Bros. Discoveryni 110 milyard dollara almaq planını müəyyən şərtlərlə təsdiqləyiblər.

TurkicWorld xəbər verir ki, Avropa Komissiyası razılığın əsas şərti kimi Paramount-un Universal Pictures ilə birgə həyata keçirdiyi film distribüsiya layihəsindən imtina etməsini tələb edib.

Komissiyanın qərarına əsasən, Paramount yaxın 10 il ərzində Avropada Universal Pictures ilə yeni film distribüsiya müqaviləsi bağlaya bilməyəcək.

Bundan əlavə, şirkət Warner Bros. Discovery filmlərinin Avropa kinoteatrlarında nümayişi üzrə distribüsiyasını öz distribütoruna ötürmək hüququna malik olmayacaq.

Avropa Komissiyası hesab edir ki, bu məhdudiyyətlər film distribüsiyası bazarında rəqabətin qorunmasına və iri media şirkətlərinin bazarda dominant mövqe əldə etməsinin qarşısının alınmasına xidmət edəcək.

110 milyard dollarlıq sövdələşmə son illərin qlobal media və əyləncə sənayesində ən böyük satınalma əməliyyatlarından biri hesab olunur.

Mövzuya görə xəbərlər