Son dəqiqə

Mali

Malidə törədilən terror aktı nəticəsində 20 nəfər ölüb

Bakı, TurkicWorld

Malinin Sahel bölgəsində törədilən terror aktında 20 mülki vətəndaş həyatını itirib.

TurkicWorld xəbər verir ki, eyni zamanda, Malinin mərkəzi hissəsində yerləşən Bandiaqara bölgəsindəki Djiguibombo kəndi naməlum şəxslərin hücumuna məruz qalıb.

Qeyd edək ki, Sahel bölgəsində "3 ölkə sərhədi" kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl Qaidə və DEAŞ-a bağlı qrupların hücumlarına məruz qalıb.

Terror təşkilatları 2013-cü ildən bəri Malidə hücumlarını davam etdirir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər