Bakı. TurkicWorld
Malidə daşqınlar səbəbindən “milli fəlakət” elan edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Mali hökuməti tərəfindən edilən açıqlamada bildirilib.
Açıqlamada bildirilib ki, yağan yağışlardan sonra çaylarda suyun səviyyəsi qalxıb. Yaranan daşqınlar yaşayış məntəqələrini su altında qoyub. Leysanın ardınca ildırım çaxmaları müşahidə olunub. Yaranan tufan vəziyyəti daha da gərginləşdirib.
Baş verən təbii fəlakətlərlə əlaqədar “milli fəlakət” elan edilib.
Açıqlamada son həftələrdə qeydə alınan leysan yağışlarının 17 rayonda 7 mindən çox ev təsərrüfatına və 50 minə yaxın insana mənfi təsir etdiyi, əlverişsiz hava şəraitinin 30 nəfərin ölümünə səbəb olduğu vurğulanıb.