Bakı. TurkicWorld
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin 79-cu iclası çərçivəsində Mali Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdoulaye Diop ilə görüşüb.
TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirilib.
Həm ikitərəfli, həm də çoxtərəfli formatda, eləcə də Azərbaycanın COP29-da sədrliyi çərçivəsində əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
Xəbər yenilənir