Son dəqiqə

Ukrayna

Aİ və Ukrayna iyunun sonuna kimi təhlükəsizlik üzrə saziş imzalaya bilər - Borrel

Bakı. TurkicWorld:

Avropa İttifaqı və Ukrayna iyunun sonuna qədər Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamaq niyyətindədir.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.

"Biz Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı mətni yekunlaşdırırıq. Ümid edirəm ki, müqavilənin imzalanması üçün işlər tezliklə başa çatacaq. Bəlkə bu ay, bəlkə də növbəti Aİ sammiti çərçivəsində işlər başa çatacaq", - deyə o qeyd edib.

Mövzuya görə xəbərlər