Bakı, TurkicWorld
Böyük Britaniya lazımi hərbi texnikanın alınması üçün Ukraynaya 2,26 milyard funt sterlinq hərbi kredit verəcək.
TurkicWorld-in məlumatına görə, bu barədə Böyük Britaniya hökuməti xəbər verib.
"Böyük Britaniya Ukraynaya sanksiyaya məruz qalan Rusiyanın suveren aktivlərindən əldə edilən gəlirlərlə dəstəklənən 2,26 milyard funt sterlinq kredit verilməsini elan edib", - deyə bildirilib.
Qeyd olunub ki, bu vəsait Böyük Britaniyanın "G7" kreditinə verdiyi töhfədir və bu kredit çərçivəsində Ukraynaya hərbi, büdcə və bərpa ehtiyacları üçün 50 milyard dollar veriləcək.