Bakı, TurkicWorld
Böyük Britaniyanın müdafiə xərcləri 2012-2022-ci illər arasında 14 % artıb.
TurkicWorld xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Məlumata görə, qeyd olunan dövrdə İran, Çin və Rusiyanın müdafiə xərcləri müvafiq olaraq 57 %, 60 % və 34 % artıb.
Qeyd edək ki, oktyabrda Böyük Britaniyanın Maliyyə Nazirliyi gələn il üçün hərbi ehtiyaclar üçün 56,9 milyard funt sterlinq (71,3 milyard dollar) ayrılmasını təsdiqləyib ki, bu da Rusiya Federasiyasının nəzərdə tutduğu rəqəmin yarısıdır.