Bakı, TurkicWorld
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynaya təxminən 300 milyard dollar yardım ayrılmasını tənqid edib.
TurkicWorld -in məlumatına görə, ABŞ-ın keçmiş prezidenti bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə bildirib. Trampın sözlərinə görə, ABŞ-da qasırğa qurbanları fövqəladə yardımlar üçün sadəcə 750 dollar alır.
O, həmçinin bəzi ştatlarda, xüsusilə Şimali Karolinada, təbii fəlakətlərin nəticələri ilə bağlı səlahiyyətlilərin fəaliyyətindən narazı olduğunu ifadə edib:
"Şimali Karolinada kömək edəcək adam yoxdur. Bu, dəhşətli bir vəziyyətdir. Bir adam daşın üstündə oturmuşdu, çünki heç bir şeyi qalmamışdı."