Son dəqiqə

Donald Tramp

Trampa sui-qəsddə ittiham edilən şəxs erməni olduğunu açıqlayıb

Bakı, TurkicWorld

ABŞ-də prezidentliyə namizəd Donald Trampa qarşı 3-cü sui-qəsd cəhdində ittiham edilən şəxs erməni olduğunu açıqlayıb

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı Vam Miller ona qarşı irəli sürülən ittihamların yalan olduğunu bildirib.

"Mən həmişə silahı özünümüdafiə məqsədilə yük maşınımın kuzovunda saxlayıram", — Vam Miller müsahibə zamanı açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Vam Miller Kaliforniyada ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqinin keçirildiyi yerin yaxınlığında saxlanılıb. O, qanunsuz silah saxlama ittihamı ilə həbs edilib.

Mövzuya görə xəbərlər