Bakı, TurkicWorld
ABŞ-da prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris arasında ikinci debat baş tutmayacaq.
TurkicWorld xəbər verir ki, CNN-in debatla bağlı təklifinin təsdiqlənməsi üçün son tarix artıq ötüb. Kamala Harris debatda iştiraka razılıq versə də, Donald Trampın kampaniyasından müsbət cavab gəlməyib.
CNN debatın oktyabrın 23-də keçirilməsini təklif etmişdi.
Bununla yanaşı, “Fox News” debatın oktyabrın 24-də və ya 27-də keçirilməsi təklifini versə də, təsdiq ala bilməyib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.