Fransa Livan

Fransada Livan üzrə beynəlxalq konfrans keçiriləcək

Bakı,TurkicWorld

Aİ sammitinin birinci gününün yekunlarına dair mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron Livan probleminə dair oktyabrın 24-də Fransada keçiriləcək beynəlxalq konfransı elan edib .

TurkicWorld xəbər verir ki, Makron konfransın əsas mövzusunun evlərini tərk etmək məcburiyyətində qalan yüz minlərlə insana humanitar yardımın göstərilməsi olduğunu bildirib.

Fransa lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə fikir ayrılıqlarına da toxunub. Makronun sözlərinə görə, ölkəsi yəhudi dövlətini dəstəkləyir.

Daha əvvəl Nazirlər Şurasının qapalı iclasında Makron bildirib ki, Netanyahu BMT-nin qətnaməsi əsasında yaranmış yəhudi dövlətinin yaranma şəraitini xatırlamalıdır. Bundan sonra Netanyahu Makronu hörmətsizlikdə ittiham edib.

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu İsrailin əsas televiziya kanalları tərəfindən yayımlanan televiziya müraciəti zamanı HƏMAS hərəkatının bundan sonra Qəzza zolağında hökm sürməyəcəyini bildirmişdi

Mövzuya görə xəbərlər