Son dəqiqə

Polşa Ukrayna

Polşa ukraynalı qaçqınlar üçün bəzi ödənişləri ləğv edir

Bakı.TurkicWorld :

Polşanın hakimiyyət orqanları iyulun 1-dən ukraynalı qaçqınların özəl sektorda yerləşdirilməsi ilə bağlı ödənişləri ləğv etmək qərarına gəlib.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, əvvəllər Ukraynadan olan qaçqınları öz evlərində yerləşdirən ev sahiblərinə hər qaçqın üçün gündə 40 zlotı (təxminən 10 dollar) ödənilirdi. Eyni zamanda qaçqınların özlərinə ödənilən 300 zloti (təxminən 75 dollar) məbləğində birdəfəlik ödənişlər də dayandırılacaq.

Qeyd edək ki, Polşa Daxili İşlər Nazirliyinin may ayına olan məlumatına görə, ölkədə yaşayan 950 mindən çox ukraynalı etibarlı qeydiyyata malikdir. BMT-nin proqnozuna əsasən, ilin sonunda Polşada ukraynalı qaçqınların sayı 1,1 milyon nəfəri ötəcək.

Mövzuya görə xəbərlər