Son dəqiqə

Rusiya Ukrayna Dmitri Peskov

Qərb Rusiyanın sülh təşəbbüsünə maraq göstərmədi - Peskov

Bakı, TurkicWorld

Qərb siyasətçiləri Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı təklif etdiyi sülh təşəbbüsünə maraq göstərmədilər.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Qərb siyasətçilərindən heç biri bununla əlaqədar olaraq Kremllə əlaqə saxlamayıb.

Qeyd edək ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin Kiyev Moskvanın şərtləri ilə razılaşacağı təqdirdə danışıqlar prosesinə başlamağa hazır olduğunu bildirib.

Mövzuya görə xəbərlər