Son dəqiqə

Rusiya

Moldova Rusiya qazına əsaslanan enerjiyə alternativ olaraq Rumıniya elektrik təchizatına keçib

Bakı, TurkicWorld

Moldova hökuməti, Moldova Dövlət Regional Elektrik Stansiyasında azalan istehsal səbəbindən elektrik enerjisi tədarükünü Rumıniyadan təmin etməyə qərar verib.

TurkicWorld xəbər verir ki, bu barədə Moldovanın dövlət enerji şirkəti "Energocom" məlumat yayıb.

Şirkətin açıqlamasına görə, Rumıniya Moldova üçün elektrik enerjisi tələbatının təxminən 62%-ni təmin edəcək. Bu addım enerji təminatında sabitliyi qorumaq məqsədilə atılıb.

Moldova, enerji təhlükəsizliyini artırmaq üçün alternativ mənbələrə yönəlməyə davam edir.

Mövzuya görə xəbərlər