Son dəqiqə

Ukrayna Suriya

Suriya yeni rəhbəri Ukrayna nümayəndə heyəti ilə görüşüb

Bakı,TurkicWorld

Suriyanın yeni lideri Əhməd əl-Şara bu gün Ukraynanın xarici işlər naziri Andriy Sbiqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüşdə Ukraynanın kənd təsərrüfatı naziri, Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və Xarici İşlər Nazirliyinin sözçüsü də iştirak edib.

Suriya xarici işlər naziri iki ölkə arasında siyasi, iqtisadi və sosial sahələrdə strateji əməkdaşlıq qurulacağını vurğulayıb. Ukrayna xarici işlər naziri isə Suriyaya daha çox ərzaq yardımı göndəriləcəyini açıqlayıb.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bir neçə gün əvvəl Suriya üçün 500 ton buğda ununun göndərildiyini elan edib. Bu yardım çərçivəsində 33 min 250 ailəyə, yəni təxminən 167 min nəfərə hər biri 15 kiloqramlıq un paketləri paylanacaq. Buğda yardımı hər bir beş nəfərlik ailənin bir aylıq ehtiyacını qarşılayacaq.

Mövzuya görə xəbərlər